“Euronews”un baş icraçı direktoru: Süni intellektə nəzarət mexanizmləri olmalıdır

“Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda 3-cü Şuşa Qlobal Media Forumunda “Süni İntellekt Dövründə Jurnalistika: Avtomatlaşdırma Şəraitində Həqiqətin Qorunması” mövzusunda təkbətək görüş keçirilib.
Zeferinfo.az xəbər verir ki, görüşdə “Euronews”un baş icraçı direktoru Klaus Strunz çıxış edib.
O qeyd edib ki, süni intellekt üçün nəzarət mexanizmləri olmalıdır: “Biz hər məlumatı yoxlamalı, onu süzgəcdən keçirməliyik. Süni intellekti yeni bir işçi kimi görmək mümkündür. Dünyanın hər yerində süni intellektdən istifadə edilir və bu texnologiya informasiya mühitini dəyişir”.