Linkə daxil olmaqla süjetə baxmaq mümkündür: https://www.euronews.com/business/2025/10/09/kobia-leads-azerbaijans-drive-for-sme-growth-and-economic-diversification
"Euronews"da Azərbaycanın KOB ekosistemi barədə süjet yayımlanıb

Bu barədə Zeferinfo.az-a İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) məlumat verilib.
Bildirilib ki, video materialda ölkəmizin sosial-iqtisadi inkişafının prioritet istiqamətlərindən biri kimi KOB-ların inkişafına xüsusi önəm verildiyi qeyd edilir, bu sahədə KOB-lara dəstək və xidmətlərin göstərilməsi üzrə ixtisaslaşmış KOBİA-nın fəaliyyətindən bəhs olunur.
Süjetdə biznesə göstərilən dövlət xidmətlərinin yaxşılaşdırılması, onlara asan və rahat çıxışın təmin olunmasında KOB evi modeli xüsusi olaraq vurğulanır.
Materialda həmçinin KOBİA-nın bazarlara çıxış və satış imkanlarının artırılması və digər dəstək mexanizmlərindən yararlanmış qadın sahibkarın fikirlərinə və uğur hekayəsinə yer verilib.