DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Zeferinfo.az-a verilən məlumata görə, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları ətraf mühitin çirkləndirilməsinə qarşı növbəti əməliyyat keçiriblər.
Əməliyyat zamanı rayonun müxtəlif ərazilərində məişət tullantılarının urnalardan kənara atılmasına, antisanitar vəziyyət yaradılmasına görə 15 nəfər cərimələnib.
Rayon ərazisində ətraf mühitin çirkləndirilməsinin qarşısının alınması, sanitariya-gigiyena qaydalarına riayət olunması məqsədilə nəzarət-profilaktiki tədbirlər davam etdirilir.