"Etibarlı Tərəfdaş Konsepsiyası" təsdiq edilib - SƏRƏNCAM

"Etibarli Terefdas Konsepsiyasi" tesdiq edilib - SERENCAM
Prezident İlham Əliyev "Etibarlı Tərəfdaş Konsepsiyası"nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.

Zeferinfo.az xəbər verir ki, Sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 3-cü və 32-ci bəndlərini rəhbər tutaraq, sahibkarlığa dövlət dəstəyi mexanizmlərinin səmərəliliyinin və şəffaflığının artırılması, eləcə də iqtisadiyyatın dayanıqlı inkişafının təmin edilməsi məqsədilə qərara alıram:

1. "Etibarlı Tərəfdaş Konsepsiyası" (bundan sonra – Konsepsiya) təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. Konsepsiyada nəzərdə tutulmuş tədbirlərin əlaqələndirilməsini və icrasına nəzarəti həyata keçirsin;

2.2. Konsepsiyada nəzərdə tutulmuş tədbirlərin icra vəziyyəti barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.3. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

3. Konsepsiyada nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini Azərbaycan Respublikası Nazirlər Kabinetinin sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirsin".