"Eternity - 2025" təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib
Bu barədə Zeferinfo.az-a Müdafiə Nazirliyindən bildirilib.
Qeyd edilib ki, tədbirdə Əlahiddə Ümumqoşun Ordunun komandanı general-mayor Kənan Seyidov, Azərbaycan Respublikasının Türkiyədəki hərbi attaşelik aparatının nümayəndələri, eləcə də digər ölkələrdən olan yüksək səviyyəli qonaqlar iştirak ediblər.
Yüksək səviyyəli qonaqlar komanda məntəqəsində təlimin gedişatını izləyiblər.
Üçtərəfli "Eternity - 2025" kompüter dəstəkli komanda qərargah təliminin gedişatı və iştirakçı ölkələrin hərbi qulluqçularının peşəkarlığı yüksək qiymətləndirilib.
Sonda təlimdə fərqlənənlərə mükafatlar təqdim olunub.






