Esvatininin Baş naziri "ASAN xidmət"də olub

Esvatininin Bas naziri "ASAN xidmet"de olub

Esvatini Krallığının Baş naziri Drossel Mmiso Dlamini "ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.

O, Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak məqsədilə Azərbaycanda səfərdədir.

Zeferinfo.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev ona Dövlət Agentliyinin müxtəlif fəaliyyət istiqamətləri, o cümlədən Prezident İlham Əliyevin təşəbbüsü əsasında yaradılmış “ASAN xidmət” mərkəzləri və sosial innovasiyalar istiqamətində həyata keçirilən layihələr barədə ətraflı məlumat verib.

Baş nazir “ASAN xidmət” təcrübəsinin öyrənilməsində, burada həyata keçirilən yeniliklərin ölkəsində də tətbiqində maraqlı olduğunu bildirib. Bununla əlaqədar yaxın müddətdə anlaşma memorandumunun imzalanacağı diqqətə çatdırılıb.

Drossel Mmiso Dlamini “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi, Səyyar ASAN xidmət, "ABAD" publik hüquqi şəxsin fəaliyyəti ilə də yaxından tanış olub.