Ermənistanın yeni konstitusiyasında parlament seçkilərinin keçirilməsi qaydaları dəyişdirilə bilər

Ermenistanin yeni konstitusiyasinda parlament seckilerinin kecirilmesi qaydalari deyisdirile biler

Ermənistanın yeni konstitusiyasında Baş nazirə etimadsızlıq göstərilməsi və ya onun istefasının uzunmüddətli proseduru olmadan parlamentin özünü buraxması imkanının nəzərdə tutulması planlaşdırılır.

Zeferinfo.az Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, bu barədə ölkənin ədliyyə naziri Srbui Qalyan jurnalistlərə bildirib.

S.Qalyanın sözlərinə görə, yeni Konstitusiya deputatların müəyyən hissəsinin təşəbbüsü ilə və müəyyən sayda səs olduğu təqdirdə özünüburaxma mexanizmini nəzərdə tutacaq.

Sənəddə, həmçinin qalib gələn partiyanın parlament çoxluğunu formalaşdıra bilmədiyi halda, təkrar seçkilərin keçirilməsi haqqında müddəanın təsbit edilməsi planlaşdırılır.