Ermənistanın müdafiə naziri həbi xidmət müddətinin azaldılmasının məqsədini açıqlayıb

Ermenistanin mudafie naziri hebi xidmet muddetinin azaldilmasinin meqsedini aciqlayib
Ermənistanda həbi xidmət müddətinin azaldılmasının bir məqsədi var - ordunun peşəkarlığını artırmaq.

Zeferinfo.az Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu ölkənin müdafiə naziri Suren Papikyan parlamentin iclasında bildirib.

Onun sözlərinə görə, bu qərarın əsasında ordunun işinin səmərəliliyini artırmaq istəyi dayanır.

Xatırladaq ki, Ermənistanda sıravi heyətin məcburi həbi xidmət müddəti 24 aydan 18 aya qədər azaldılacaq. Qərar 2026-cı il yanvarın 1-dən sonra müddətli xidmətə çağırılan vətəndaşlara şamil ediləcək.

Xidmət müddətinin azaldılması 2026-cı il yanvarın 1-dən müddətli həbi xidmət keçəcək şəxslərə şamil edilməyəcək.