Ermənistanın hakim partiyası seçki hazırlığına başladı
2026-cı ildə Ermənistanda keçiriləcək parlament seçkiləri üçün hakim “Vətəndaş Müqaviləsi” Partiyasının proporsional siyahısının formalaşdırılması prosesi başlayıb.
Zeferinfo.az xəbər verir ki, bu barədə partiyanın sədri, Baş nazir Nikol Paşinyan məlumat verib.
Qərara əsasən, seçkilərdə siyahıya daxil olmaq istəyən namizədlər 2025-ci ilin 1- 30 noyabr tarixlərində özünü namizəd irəli sürə bilərlər. Namizədlərin qeydiyyatı “Vətəndaş Müqaviləsi”nin İdarə Heyəti tərəfindən 2025-ci il dekabrın 1-dən 31-dək həyata keçiriləcək.