Ermənistanın baş nazirinin keçmiş müavini və ailə üzvləri baş prokurorluğa dəvət olunub

Ermenistanin bas nazirinin kecmis muavini ve aile uzvleri bas prokurorluga devet olunub
"Ermənistan" fraksiyasının deputatı, baş nazirin keçmiş müavini Armen Gevorkyan və ailə üzvləri onların əmlakı ilə bağlı aparılmış istintaq materialları ilə tanış olmaq üçün iyulun 24-də Baş Prokurorluğun qanunsuz yolla əldə edilmiş əmlakın müsadirəsi idarəsinə dəvət olunublar.

Zeferinfo.az xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.

Deputatla yanaşı, idarəyə onun həyat yoldaşı Tamara Gevorkyan (Axverdyan), 19 və 21 yaşlı oğulları, yetkinlik yaşına çatmamış qızı, atası və anası Andranik və Janna Gevorkyanlar da dəvət olunublar.

Prokurorluq müsadirə ediləcək əmlakı açıqlamır. Bu, maraqlı şəxslərin istintaq materialları ilə tanış olduqdan sonra müsadirə edilə bilən qanunsuz əmlakın siyahısında dəyişikliyə səbəb ola biləcək mövqe və sübutlar təqdim edə biləcəyi ilə əsaslandırılır.

2021-ci ilin may ayında Xüsusi İstintaq Xidmətinin dərc etdiyi bəyanatda Armen Gevorkyanın ümumilikdə 4,92 milyard dramdan (12,82 milyon dollar) artıq məbləğdə vəsaiti qanunsuz yolla əldə edərək leqallaşdırdığı iddia edilib. Bank əməliyyatları vasitəsilə pul vəsaitlərinin dövriyyəsi həyata keçirilib, lakin həm əldə edilmiş daşınmaz əmlakın bazar dəyəri, həm də dövriyyə vəsaitlərinin nisbəti əldə edilən qanuni gəlirdən əhəmiyyətli dərəcədə fərqlənib.