Ermənistanın Antikorrupsiya Komitəsi bir sıra dövlət qurumlarında yoxlamalar aparacaq

Ermenistanin Antikorrupsiya Komitesi bir sira dovlet qurumlarinda yoxlamalar aparacaq
Ermənistanın Antikorrupsiya Komitəsi bir sıra dövlət qurumlarında genişmiqyaslı yoxlamalar aparmağı planlaşdırır.

Zeferinfo.az xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.

Yaxın vaxtlarda aparılacaq yoxlamalar müfəttişlik orqanlarını, inzibati rayonları və vilayət administrasiyalarını əhatə edəcək.

Yoxlamalara korrupsiya halları ilə bağlı daxil olan məlumatlar səbəb olub. Göstərilən qurumların əməkdaşları arasında saxlanılanların olacağı gözlənilir.

Qeyd edək ki, mayın 20-də şəhərsalma, texniki və yanğın nəzarəti üzrə müfəttişlik orqanının iki əməkdaşı, o cümlədən paytaxt ərazi şöbəsinin rəisi rüşvət almaqda şübhəli bilinərək saxlanılıb.