Ermənistanda konstitusiya islahatı müzakirə olunur

Ermenistanda konstitusiya islahati muzakire olunur
Ermənistanda bu gün Konstitusiya İslahatları Şurasının iclası keçirilir.

Bu barədə Zeferinfo.az Ermənistan KİV-ə istinadən xəbər verir.

Ermənistan Ədliyyə Nazirliyi iclasın təfərrüatlarını açıqlamır.

Qeyd edək ki, Ermənistanda hakim "Vətəndaş müqaviləsi" partiyası ölkənin yeni konstitusiyasının qəbul edilməsi təşəbbüsü ilə çıxış edib.

Gözlənilir ki, partiya 2026-cı ilin iyununda Ermənistanda keçiriləcək parlament seçkilərində xalqın səsini qazandıqdan sonra ümumxalq referendumu yolu ilə yeni konstitusiyanın qəbul edilməsi prosesini başladacaq.