Ermənistan və Qırğızıstan XİN başçıları Vaşinqtonda əldə edilmiş razılaşmaları müzakirə ediblər

Ermenistan ve Qirgizistan XIN bascilari Vasinqtonda elde edilmis razilasmalari muzakire edibler
Ermənistan və Qırğızıstan xarici işlər nazirləri Ararat Mirzoyan və Jeenbek Kulubayev telefon danışığı zamanı Azərbaycan və Ermənistan arasında Vaşinqtonda əldə edilmiş razılaşmaları müzakirə ediblər.

Zeferinfo.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri ölkə XİN-in mətbuat xidmətinə istinadən məlumat yayıb.

Onlar həmçinin Qırğızıstan-Ermənistan münasibətlərinin inkişafını, regional və beynəlxalq gündəliyə dair məsələləri müzakirə ediblər.