Ermənistan Trampın Qəzza planını alqışlayır

Ermenistan Trampin Qezza planini alqislayir
Ermənistan ABŞ Prezidenti Donald Trampın Qəzza zolağında vəziyyətin nizamlanması ilə bağlı sülh planını alqışlayır.

Zeferinfo.az xəbər verir ki, bu barədə Ermənistan XİN-in "X" hesabında dərc olunmuş bəyanatında deyilir.

"Biz ABŞ Prezidenti Donald Trampın Qəzza böhranına son qoyulması ilə bağlı təşəbbüsünü dəstəkləyirik. Ermənistan tərəflərin bu təklifi reallaşdıracağına və sülhün dərhal bərqərar olacağına ümid edir", - bəyanatda qeyd olunub.