Ermənistan Silahlı Qüvvələrinin sayı azaldılır
Ermənistan Silahlı Qüvvələrinin sayı azaldılacaq.
Zeferinfo.az xəbər verir ki, bu barədə Ermənistan parlamentindəki müxalif “Şərəfim var” fraksiyasının katibi Tiqran Abramyan məlumat verib.
Deputat Ermənistan Müdafiə Nazirliyinin məcburi hərbi xidmətin müddətinin azaldılması ilə bağlı qərarını belə şərh edib:
“Müdafiə naziri parlamentdə bəyan edib ki, məcburi hərbi xidmətin müddətinin 6 ay azaldılması orduda ixtisar sayıla bilməz. Nazir buna əsas səbəb kimi müqaviləli xidmətin artırılmasını göstərib.
Birincisi, xidmət müddətinin 6 ay azaldılması həmin istiqamətdə çağırışçıların sayının 25 faiz azalması deməkdir; ikincisi, Müdafiə Nazirliyinin bildirdiyi müqaviləli hərbçilərin sayındakı artım ixtisar edilənlərin sayına bərabər deyil”.
Bu təklifə emosional və qeyri-peşəkar prizmadan baxan cəmiyyətin bir hissəsinin sevincini başa düşürəm, amma birmənalı şəkildə başa düşməliyik ki, çoxsaylı mövcud problemlər fonunda silahlı qüvvələrdə qırılma baş verəcək və bu, ölkənin müdafiəsi üçün ciddi nəticələrə səbəb olacaq”.