Ermənistan silahlı qüvvələri növbəti dəfə Azərbaycan Ordusunun mövqelərini atəşə tutub

Ermenistan silahli quvveleri novbeti defe Azerbaycan Ordusunun movqelerini atese tutub
Martın 16-sı saat 20:10-dan 20:45-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Burun yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan bir neçə dəfə atəşə tutub.

Bu barədə Zeferinfo.az-a Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib.