Ermənistan Polisinə yeni rəis təyin olunub

Ermenistan Polisine yeni reis teyin olunub
Ermənistan Polisinə yeni rəis təyin olunub.

Zeferinfo.az  “Armenpress”ə istinadən xəbər verir ki, bununla bağlı Baş nazir Nikol Paşinyan qərar imzalayıb.

Qərara əsasən Aram Kazaryan Ermənistan daxili işlər nazirinin müavini, Ermənistan Polisinin rəisi təyin edilib.

Qeyd edək ki, ötən gün Ermənistanın daxil işlər nazirinin müavini, Ermənistan Polisinin rəisi general-mayor Aram Ovanisyan vəzifəsindən azad edilib.