Ermənistan parlamenti Aİ-yə daxil olmaq haqqında qanun layihəsini ilk oxunuşda qəbul edib

Ermenistan parlamenti AI-ye daxil olmaq haqqinda qanun layihesini ilk oxunusda qebul edib
Ermənistan parlamenti Avropa İttifaqına daxil olmaq haqqında qanun layihəsini ilk oxunuşda qəbul edib.

Zeferinfo.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Qanun layihəsinin lehinə 63 deputat, əleyhinə isə 7 deputat səs verib.

Robert Koçaryanın fraksiyası isə səsvermədə iştirakdan imtina edib.

Qeyd edək ki, Ermənistan hökuməti müvafiq sənədi yanvarın 9-da təsdiqləyib. Bundan sonra isə Ermənistan parlamentinin komitəsi Aİ-yə üzvlük prosesi ilə bağlı qanun layihəsini təsdiq edib.