Ermənistan MN Fransa, ABŞ və Yunanıstandan məsləhət alır

Ermənistan Müdafiə Nazirliyi davamlı olaraq Fransadan və ABŞ-dan ixtisaslaşmış məsləhət xidməti alır, eyni zamanda Yunanıstan da nazirliyə bir sıra sahələrdə koordinasiyalı yardım göstərir.
Zeferinfo.az Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə müdafiə naziri Suren Papikyan NATO-nun Parlament Assambleyasının 108-ci "Rose-Roth" seminarı zamanı bildirib.
Papikyan qeyd edib ki, hazırkı mərhələdə əsas səylər yeni model və standartlarla strateji sənədlərin hazırlanmasına, Silahlı Qüvvələrin strukturunun və idarəetmə sisteminin modernləşdirilməsinə, təhsil və təlim imkanlarının inkişafına və digər istiqamətlərə yönəlib.