Ermənistan Milli Təhlükəsizlik Xidmətinin nəzdində Xarici Əks-Kəşfiyyat Xidməti yaradılacaq

Ermenistan Milli Tehlukesizlik Xidmetinin nezdinde Xarici Eks-Kesfiyyat Xidmeti yaradilacaq

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin nəzdində Xarici Əks-Kəşfiyyat Xidməti yaradılacaq.

Zeferinfo.az xəbər verir ki, Ermənistan hökumətinin bugünkü iclasında “Milli təhlükəsizlik orqanları haqqında” qanuna dəyişiklik layihəsi təsdiqlənib və parlamentə təqdim olunacaq.

Qanun layihəsinin Ermənistan Milli Təhlükəsizlik Xidməti ilə Xarici Kəşfiyyat Xidməti arasında funksiyaların ayrılması ilə əlaqədar qəbul edilməsi təklif edilib.

Qanuna görə, sonuncu ölkənin xarici kəşfiyyat fəaliyyətinə görə məsuliyyəti öz üzərinə götürməli, amma xarici əks-kəşfiyyat MTX-in tərkibində qalmalıdır. Qeyd olunub ki, buna nail olmaq üçün MTX-də müvafiq bölmə yaratmaq və onun Xarici Kəşfiyyat Xidməti ilə qarşılıqlı fəaliyyətini tənzimləmək zərurəti yaranıb.

Yeni bölmənin vəzifələrinə Ermənistanın xaricdəki diplomatik nümayəndəliklərinin təhlükəsizliyini təmin etmək daxildir.

Xatırladaq ki, Xarici Kəşfiyyat Xidməti 2022-ci ilin dekabrında Milli Təhlükəsizlik Xidmətindən ayrılıb və onun rəhbəri Kristine Qriqoryan (Ermənistanın keçmiş ombudsmanı) təyin edilib.

Back To Top