Ermənistan itkin düşmüş 4 minə yaxın azərbaycanlının aqibəti barədə məlumatlar təqdim etməlidir - Rəsmi Bakı

Ermenistan itkin dusmus 4 mine yaxin azerbaycanlinin aqibeti barede melumatlar teqdim etmelidir - Resmi Baki

Son 30 il ərzində itkin düşmüş 4 minə yaxın azərbaycanlının aqibəti barədə Ermənistan tərəfindən məlumatların təqdim edilməsi məqsədilə təxirəsalınmaz tədbirlər görülməlidir.

 

Zeferinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Ermənistan tərəfinin mina xəritələri təqdim etmək niyyəti barədə açıqlamasına dair şərhində bildirilib.

"Bununla yanaşı, habelə azərbaycanlıların dəfn olunduğu kütləvi məzarlıqların yerləri də açıqlanmalıdır", - XİN qeyd edib.