Zeferinfo.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan parlamentdə çıxışı zamanı bildirib.
"Bir tərəfdən hamıya məlum olan faktı, digər tərəfdən də, bəlkə də əhval-ruhiyyəni pozmamaq üçün aidiyyəti şəxslərin israrla bizə uzun müddət demək istəmədiklərini qeyd etməliyəm. Və bu fakt belədir: Ermənistan Respublikası Dağlıq Qarabağı heç vaxt tanımayıb”, - nazir deyib.
Mirzoyan bildirib ki, Alma-Ata Bəyannaməsinin imzalanması ilə Ermənistan Respublikası SSRİ-nin dağılması zamanı mövcud olan sərhədlər daxilində Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Bu, bütün müvafiq sənədlərdə, o cümlədən Madrid prinsiplərində belədir.
O əlavə edib ki, Madrid prinsiplərindən biri ərazi bütövlüyüdür və öz müqəddəratını təyinetmə hüququ ərazi bütövlüyü çərçivəsində başa düşülür.
Ermənistan “Dağlıq Qarabağ”ı heç vaxt tanımayıb - Mirzoyan

Ermənistan və Azərbaycan tərəfindən bir-birinin ərazi bütövlüyünün qarşılıqlı tanınmasının fundamental prinsipi “Dağlıq Qarabağ münaqişəsi”nin həlli üzrə danışıqlar prosesinin bütün mərhələlərində aydın şəkildə ifadə olunub.