Ermənistan Baş nazirinin müavini Aİ rəsmisi ilə Vaşinqton razılaşmalarını müzakirə edib

Ermənistanın Baş nazirinin müavini Mher Qriqoryan və Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono bu gün İrəvanda keçirilən görüşdə avqustun 8-də Vaşinqtonda Ermənistan və Azərbaycan arasında əldə edilmiş razılaşmaları müzakirə ediblər.
Bu barədə Zeferinfo.az Ermənistan KİV-inə istinadən xəbər verir.
Tərəflər həmçinin bu razılaşmaların əsas müddəalarını, eləcə də Ermənistan-Aİ əməkdaşlığının cari və perspektiv istiqamətlərini müzakirə ediblər.