Ermənistan Azərbaycan benzininin keyfiyyətində heç bir problem aşkarlamayıb

Ermenistan Azerbaycan benzininin keyfiyyetinde hec bir problem askarlamayib

Azərbaycandan idxal olunan benzinin keyfiyyəti Avrasiya İqtisadi İttifaqının texniki tələblərinə tam uyğundur.

Zeferinfo.az Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin Bazara Nəzarət üzrə Təftiş Orqanının rəhbəri Armen Kotolyan mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, benzin nümunələri üzərində Milli Standartlaşdırma və Metrologiya Orqanında laborator sınaqlar aparılıb və bütün partiya Avrasiya İqtisadi İttifaqının texniki tələblərinə tam cavab verir.

“Keyfiyyət baxımından heç bir problem aşkarlanmayıb”, - Kotolyan bildirib.

Qeyd edək ki, Azərbaycanla Ermənistan arasında sülh gündəliyinə uyğun olaraq ötən il dekabrın 18-də Azərbaycandan Ermənistana neft məhsullarının ixracına başlanılıb. Azərbaycan neft məhsullarının Ermənistana ixracı sırf kommersiya xarakterlidir və benzin beynəlxalq bazar qiymətlərinə uyğun satılır.