Erməni nazir: Konstitusiyadan Müstəqillik bəyannaməsinə istinadın çıxarılması müzakirə edilmir

Ermənistanın yeni Konstitusiyasının mətni 10 ay sonra hazır olacaq.
Zeferinfo.az Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə ədliyyə naziri Srbui Qalyan jurnalistlərə açıqlamasında bildirib.
Ədliyyə naziri deyib ki, sənəd hazırlanma mərhələsindədir, müxtəlif variantlar müzakirə olunur.
Qeyd edək ki, Paşinyan bir müddət əvvəl bildirib ki, yeni Konstitusiyanın mətnində Müstəqillik bəyannaməsinə istinad olmamalıdır.
Xatırladaq ki, Müstəqillik bəyannaməsində Azərbaycana qarşı ərazi iddiaları yer alır. Müstəqillik bəyannaməsində keçmiş Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinin zəruriliyi ilə bağlı bənd var. Azərbaycan isə buna kəskin etiraz edir, Ermənistanla sülh sazişinin imzalanması üçün Konstitusiyada dəyişiklik edilməsini şərt kimi irəli sürür.