Erməni hərbçini elektrik cərəyanı vuraraq öldürüb

Ermeni herbcini elektrik cereyani vuraraq oldurub
Ermənistan silahlı qüvvələrinin hərbçisi Sünik vilayətinin Meqri şəhəri yaxınlığında yerləşən hərbi hissələrdən birində elektrik cərəyanı vurması nəticəsində ölüb.

Zeferinfo.az-ın  məlumatına görə, bu barədə Ermənistan KİV-ləri xəbər verib.

Ermənistan Müdafiə Nazirliyindən bildirilib ki, mayın 13-də saat 10:30 radələrində N saylı hərbi hissənin hərbi qulluqçusu Karen Avetisyan naməlum şəraitdə elektrik cərəyanı vurması nəticəsində ölüb.

Hadisənin tam aydınlaşdırılması üçün araşdırma aparılır.