Erməni ekspert: “Azərbaycan Paşinyanı referendum keçirməyə məcbur edəcək”

Ermeni ekspert: “Azerbaycan Pasinyani referendum kecirmeye mecbur edecek”

“Azərbaycanlılar da Ermənistan hakimiyyətinin heçliyini dərk etməyə başlayıblar, çünki deyirlər ki, bizim Paşinyanla razılaşdırılacaq heç nəyimiz yoxdur, Ermənistanla, Ermənistan xalqı ilə razılaşmaq lazımdır”.

Bunu Azərbaycan məsələləri üzrə erməni ekspert Armine Adibekyan deyib.

Onun sözlərinə görə, Ermənistan bir şeydir, hakim partiya, Paşinyan və onun əlaltıları tamam başqa bir şeydir, azərbaycanlılar bunu artıq dərk edirlər.

“Bu o deməkdir ki, Paşinyan Azərbaycanın tələbi ilə referendum keçirəcək və Azərbaycanın bu gün tələb etdiyi cavabı verəcək”, - deyə Adibekyan qeyd edib.

Adibekyan bildirib ki, Azərbaycan Paşinyanı referendum keçirməyə məcbur edəcək, çünki Azərbaycanın bütün səviyyələrində rəsmilər bu barədə açıq danışırlar.