Ərinin videosuna görə istefa ərizəsi yazan qadın işdən çıxarıldı

Erinin videosuna gore istefa erizesi yazan qadin isden cixarildi

Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevin ictimai-siyasi, humanitar sahə üzrə müavini Gülbahar Eyvazova işdən kənarlaşdırılıb.

Zeferinfo.az  xəbər verir ki, onun adı icra hakimiyyətinin aparatının strukturtundan çıxarılıb.

Qeyd edək ki, G.Eyvazova bir müddət əvvəl həyat yoldaşının “Tiktok”da qeyri-etik ifadələr işlətməsi ilə gündəmə gəlib.

İcra hakimiyyətində sürücü işlədiyi deyilən müavinin həyat yoldaşı Habil Eyvazov içkili halda canlı yayım açaraq dinə, namaza istehzalı münasibət sərgiləmişdi.

Ərinin videosuna görə istefa ərizəsi yazan qadın işdən çıxarıldı

Back To Top