Ərdoğana orden verildi

Erdogana orden verildi

Qırğızıstan Prezidenti Sadır Japarov türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı respublikanın ali dövlət mükafatı - birinci dərəcəli "Manas" ordeni ilə təltif edib.

Bu barədə Qırğızıstan Prezidentinin saytında məlumat verilib.

Qeyd edək ki, birinci dərəcəli "Manas" ordeni Qırğızıstanın ən yüksək mükafatıdır. Bu mükafat ölkənin və demokratik cəmiyyətin, xalqın birliyinin qorunması və möhkəmləndirilməsi, dövlətin iqtisadi, intellektual və mənəvi potensialının artırılması sahəsində müstəsna xidmətlərə görə verilir.