Ərdoğan Zelenski ilə danışıqlar apardı

Erdogan Zelenski ile danisiqlar apardi
 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ukraynalı həmkarı Volodimir Zelenski ilə telefon danışığı aparıb.

Zeferinfo.az xəbər verir ki, məlumatı Türkiyə tərəfi yayıb.

Telefon danışığı zamanı Türkiyə ilə Ukrayna arasında ikitərəfli münasibətlər, həmçinin Ukrayna ilə Rusiya arasında sülh prosesi müzakirə edilib.

Ərdoğan Alyaska və Vaşinqtondakı təmasları yaxından izlədiklərini, Türkiyənin müharibəni davamlı sülhlə bitirmək üçün səylərini davam etdirdiyini, sülhün bərqərar olması ilə Türkiyənin Ukraynanın təhlükəsizliyinə töhfə verməyə davam edəcəyini bildirib.

O, Ukrayna-Rusiya müharibəsinin ədalətli həllinin mümkün olduğunu, iki tərəf arasında danışıqların gücləndirilməsi və davam etdirilməsinin vacibliyini, Türkiyənin sülhə yol açacaq yüksək səviyyəli təmasların asanlaşdırılması üçün əlindən gələni etməyə hazır olduğunu vurğulayıb.