Ərdoğan razılıq verdi: Bu nazirlər vəzifədən gedir
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinə yenidən baxılması üçün yaşıl işıq yandırıb.
Bu barədə “Sözçü” nəşri məlumat yayıb.
Ərdoğan hökumət daxilində kadr dəyişikliyi ehtimalı ilə bağlı sualı cavablandırarkən deyib ki, inzibati mexanizmlərdə və hakim Ədalət və İnkişaf Partiyasının daxilində bəzi dəyişikliklər ola bilər.
Türkiyə mətbuatının məlumatına görə, ailə və sosial xidmətlər naziri Mahinur Özdəmir Gökdaş, gənclik və idman naziri Osman Aşkın Bak və əmək və sosial təminat naziri Vedat İşıkhan vəzifələrindən çıxarıla bilərlər.
Bundan başqa, bir-birinin ardınca zorakılıq və cinsi təcavüz xəbərlərindən sonra ədliyyə naziri Yılmaz Tunç və daxili işlər naziri Əli Yerliqaya da tənqid hədəfinə çevriliblər.