Ərdoğan PKK lideri ilə görüşən heyəti qəbul edib

Erdogan PKK lideri ile gorusen heyeti qebul edib

Ərdoğan PKK lideri ilə görüşən heyəti qəbul edib.

Zeferinfo.az türkiyə mətbuatına istinadən xəbər verir ki,  Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan DEM Partiya heyətini qəbul edib.

Ərdoğan DEM Partiyasının Van Millət vəkili Pervin Buldan və İstanbul Millət vəkili Sırrı Süreyya Öndəri qəbul edib.

Bu, Türkiyə dövlət başçısının DEM Partiya rəhbərləri ilə ilk görüşüdür.

Görüşdə Milli Kəşfiyyat Təşkilatının (MİT) direktoru İbrahim Kalın və AK Partiya sədr müavini Efkan Ala iştirak edib.

DEM Partiyasının rəhbərliyi İmralı adasında PKK lideri Abdullah Öcalanla danışıqlar aparıb.

Qeyd edək ki, bir müddət əvvəl PKK terror təşkilatının həbsdəki lideri Abdullah Öcalan tərəfdarlarına çağırış edib. Öcalanın adından yayılan yazılı müraciətdə “Silahı yerə qoyun!” çağırışı yer alıb.

Xatırladaq ki, PKK lideri Abdullah Öcalan 26 ildir İmralı həbsxanasında saxlanılır. O, 1999-cu il fevralında Milli Kəşfiyyat Təşkilatının əməliyyatı nəticəsində Keniyada saxlanılıb və Türkiyəyə gətirilib. O, ölüm cəzasına məhkum edilsə də, hökm sonradan ömürlük həbs cəzası ilə əvəzlənib.