Ərdoğan NATO Baş katibini qəbul edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun Baş katibi Mark Rutteni qəbul edib.
Zeferinfo.az-ın verdiyi xəbərə görə, Prezident Kompleksində keçirilən görüş mətbuata qapalı keçirilib.
Görüşdə xarici işlər naziri Hakan Fidan da iştirak edib.
Qeyd edək ki, 14-15 may tarixlərində Antalyada NATO xarici işlər nazirlərinin qeyri-rəsmi görüşü keçiriləcək.