Emin Hüseynov: İilin sonunadək Ağdama 1268 ailənin köçürülməsi planlaşdırılıb

Emin Huseynov: Iilin sonunadek Agdama 1268 ailenin kocurulmesi planlasdirilib

2026-cı ilin sonuna qədər Ağdamın Baş Qərvənd və Eyvazxanbəyli kədlərinə əhalinin köçü təmin ediləcək.

Zeferinfo.az xəbər verir ki, bunu Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov bildirib.

Onun sözlərinə görə, ilin sonuna qədər 1268 ailənin Ağdama köçürülməsi planlaşdırılıb. Bu ay ərzində Ağdamda beşinci yaşayış kompleksinin tikintisinə start veriləcək. Sentyabr, oktyabr aylarında isə üçüncü yaşayış kompleksinin tikintisi başlayacaq.

E. Hüseynov bildirib ki, ilin sonuna qədər Füzulidə yeni yaşayış kompleksinin tikintisinə başlanılacaq.