Emin Əmrullayev Sudan səfiri ilə görüşüb

Emin Emrullayev Sudan sefiri ile gorusub
Noyabrın 19-da elm və təhsil naziri Emin Əmrullayev Sudan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Anas Eltayeb Elgailani Mustafa ilə görüşüb.

Bu barədə Zeferinfo.az-a  Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, görüş çərçivəsində Sudan Respublikası ilə elm və təhsil sahəsində əməkdaşlıq və inkişaf perspektivləri müzakirə edilib.