Emin Əmrullayev: Qarabağda təhsil və innovasiyalarla dayanıqlı inkişaf təmin ediləcək
Qarabağda təhsil və innovasiyalarla dayanıqlı inkişaf təmin ediləcək.
Zeferinfo.az xəbər verir ki, bunu İqlim Dayanıqlı Gələcək üçün İnsan İnkişafına İnvestisiya üzrə COP29 Yüksək Səviyyəli Görüşdə çıxışı zamanı Elm və Təhsil Naziri cənab Emin Əmrullayev deyib.
“Biz bu ərazilərdə təhsil və innovasiyalar üçün əlverişli şərait yaratmağa çalışırıq. Məqsədimiz dayanıqlı icmalar formalaşdırmaq və bölgədə təhsil vasitəsilə inkişafa töhfə verməkdir", nazir qeyd edib.
E.Əmrullayev, həmçinin çıxışında beynəlxalq əməkdaşlığın əhəmiyyətinə də diqqət çəkib.
"UNESCO və OECD kimi təşkilatlarla birgə Azərbaycanın təhsil sistemində iqlim göstəricilərinin beynəlxalq qiymətləndirmələrə (PISA) inteqrasiyası və daha yaşıl təhsil yanaşmalarına keçid istiqamətində işlərin davam etdirilir. Bu tədbirlər çərçivəsində kurikulumun yenilənməsi, müəllim hazırlığının təkmilləşdirilməsi və davamlılıq prinsiplərini təşviq edən məktəblərin yaradılması əsas məqsədlərdəndir", - deyə nazir vurğulayıb.