Elşad Xose həbs edildi
Bakının Yasamal rayonunda səs-küy salmaqda ittiham olunan reper Elşad Əliyev (Xose) həbs edilib.
Zeferinfo.az xəbər verir ki, 2026-cı il yanvarın 3-də Elşad Yasamal rayonu Şıxəli Qurbanov küçəsində saat 11:35 radələrində ictimai yerdə ünvansız nalayiq ifadələr işlədib.
Polis əməkdaşları tərəfindən intizama dəvət olunsa da, o, qanuni tələblərə tabe olmayıb. O Yasamal Rayon Polis İdarəsinin 27-ci polis şöbəsinə gətirilib.
Elşad Xose izahatında sosial şəbəkədə paylaşdığı qısa videoçarxda qeyri-etik ifadə işlətdiyini, həmin videonun vine xarakterli olduğunu bildirib. O, peşman olduğunu qeyd edərək ədalətli qərar qəbul edilməsini xahiş edib.
Yeni Yasamal Rayon Məhkəməsinin qərarı ilə Elşad Əliyev (Xose) İnzibati Xətalar Məcəlləsinin 510 (döymə) və 535.1-ci (polisin qanun tələbinə tabe olmamaq) maddələri ilə təqsirli bilinib. O 15 gün müddətinə inzibati qaydada həbs olunub.
O bu qərardan Bakı Apellyasiya Məhkəməsinə şikayət verib. Şikayətində cəzasının yüngülləşdirilməsini istəyib. Şikayət hakim Zamin İbrahimovun sədrliyi ilə baxılıb və təmin edilməyib.