Elmi adlarla bağlı statistika açıqlanıb
2025-ci ildə 322 nəfər qadına, 152 nəfər kişiyə isə elmlər doktoru elmi dərəcəsi verilib.
Zeferinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezident yanında Ali Attestasiya Komissiyası məlumat yayıb.
Bildirilib ki, 37 qadın və 45 kişiyə isə elmlər doktoru elmi dərəcəsi verilib.
Fəlsəfə doktoru elmi dərəcəsi alanların ümumi sayı 474 nəfər, Elmlər doktoru elmi dərəcəsi alanlar isə 82 nəfərdir.
Ən çox fəlsəfə doktoru dərəcəsi filologiya elmləri (87 qadın, 11 kişi) və iqtisad elmləri (24 qadın, 47 kişi) sahələrində verilib.
Ən çox elmlər doktoru dərəcəsi isə texnika elmləri (14 nəfər) və tibb elmləri (10 nəfər) sahələrində verilib.