Elm və təhsil naziri Qazaxıstan səfiri ilə görüşüb

Elm ve tehsil naziri Qazaxistan sefiri ile gorusub

Noyabrın 28-də elm və təhsil naziri Emin Əmrullayev Qazaxıstan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Alim Bayel ilə görüşüb.

Bu barədə Zeferinfo.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, görüş zamanı iki ölkə arasında elm və ali təhsil sahəsində cari əməkdaşlıq və gələcək inkişaf perspektivləri müzakirə edilib.