Elm və təhsil naziri Londonda gürcüstanlı həmkarı ilə görüşüb

Elm ve tehsil naziri Londonda gurcustanli hemkari ile gorusub
18–22 may 2025-ci il tarixlərində Böyük Britaniyanın London şəhərində keçirilən 21-ci Dünya Təhsil Forumu çərçivəsində elm və təhsil naziri Emin Əmrullayev Gürcüstanın təhsil, elm və gənclər naziri Aleksandre Tsuladze ilə görüşüb.

Bu barədə Zeferinfo.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, görüş zamanı iki ölkə arasında ümumi və ali təhsil sahəsində cari əməkdaşlıq və gələcək inkişaf perspektivləri müzakirə edilib.