Elina Valtonen: ATƏT Ermənistan və Azərbaycan arasında sülh prosesini dəstəkləməyə hazırdır

ATƏT-in fəaliyyətdə olan sədri, Finlandiyanın xarici işlər naziri Elina Valtonen İrəvanda Ermənistan rəsmiləri ilə geniş müzakirələr apardığını bildirib.
Zeferinfo.az xəbər verir ki, o bu barədə "X" hesabında yazıb.
"Ermənistanın Baş naziri Nikol Paşinyan və xarici işlər naziri Ararat Mirzoyana bugünkü məhsuldar müzakirələrə görə təşəkkür edirəm. Sizi Azərbaycanla sülhə aparan yolda atdığınız tarixi addımlar münasibətilə təbrik edirəm. ATƏT regionda davamlı sülh səylərini dəstəkləməyə hazırdır", - nazir qeyd edib.