Əlilliyi olan şəxslərə 212 min reabilitasiya vasitəsi verildi

Elilliyi olan sexslere 212 min reabilitasiya vasitesi verildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən ötən il əlilliyi olan şəxslərə 212 min reabilitasiya vasitəsi verilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Zeferinfo.az-a verilən məlumata görə, onlardan 6,3 mini təkərli oturacaq (o cümlədən 186-sı mühərrikli təkərli oturacaq), 2,6 mini aşağı və yuxarı ətraf protezi, 6,5 mini əsa, qoltuqaltı və dirsəkaltı ağac olub.

Həmçinin əlilliyi olan şəxslərə 11 min cüt protez və yarım cüt ortopedik ayaqqabı, 1039 eşitmə aparatı, 547 korset və digər reabilitasiya vasitələri təqdim olunub.

Ötən il əlilliyi olan 13,7 min şəxs reabilitasiya vasitələri ilə təmin edilib.