Əlillik qiymətləndirilməsində süni intellekt tətbiq olunacaq

Elillik qiymetlendirilmesinde suni intellekt tetbiq olunacaq

Əlillik altsistemində süni intellekt əsaslı məsləhət mexanizmi də hazırlanır.

Zeferinfo.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev “SOCGOV 2025: Süni zəka İnsan və Transformasiya üçün”beynəlxalq konfransda deyib.

O qeyd edib ki, bu mexanizm Nəticədə həm qərarvermə prosesi sürətlənəcək, həm də obyektivlik və şəffaflıq səviyyəsi daha da artacaq.

Onun sözlərinə görə, Azərbaycanda “2025–2028-ci illəri əhatə edən Süni İntellekt Strategiyası” təsdiq edilib.

O vurğulayıb ki, süni intellekt həllərinin həmçinin məşğulluq sahəsində fərdi məşğulluq proqramlarının hazırlanmasında, reabilitasiya sahəsində isə fərdi reabilitasiya və abilitasiya proqramlarının hazırlanmasında tətbiqi nəzərdə tutulur.

Məqalədə: