Əli Əsədov Ümumdünya Yaşıl İqtisadiyyat Təşkilatının sədri ilə görüşüb

Eli Esedov Umumdunya Yasil Iqtisadiyyat Teskilatinin sedri ile gorusub

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov noyabrın 15-də Ümumdünya Yaşıl İqtisadiyyat Təşkilatının sədri Səid Məhəmməd Əl Tayerlə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən Zeferinfo.az-a verilən xəbərə görə, görüşdə Bakıda keçirilən COP29-un önəmi qeyd edilib, tədbirdə qlobal miqyasda yaşıl keçidin sürətləndirilməsi ilə bağlı vacib qərarların qəbul ediləcəyinə əminlik ifadə olunub.

Ölkəmizdə “yaşıl iqtisadiyyat”ın genişləndirilməsi, ətraf mühitin sağlamlaşdırılması, istixana effekti yaradan qaz emissiyalarının azaldılması, işğaldan azad edilmiş ərazilərdə “netto sıfır emissiya” zonasının yaradılması istiqamətində aparılan işlər, həmçinin bərpaolunan enerji sahəsində həyata keçirilən uğurlu layihələr barədə məlumat verilib.

Söhbət əsnasında yaşıl enerjiyə keçidlə bağlı əməkdaşlıq məsələləri müzakirə olunub.