Əli Əsədov Rusiya Dəmir Yollarının baş direktoru ilə əməkdaşlıq məsələlərini müzakirə edib

Eli Esedov Rusiya Demir Yollarinin bas direktoru ile emekdasliq meselelerini muzakire edib

26 noyabr tarixində Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov “Rusiya Dəmir Yolları” ASC-nin Baş direktoru – İdarə Heyətinin sədri Oleq Belozyorov ilə görüşüb.

Nazirlər Kabinetindən Zeferinfo.az-a verilən məlumata görə, görüş zamanı Azərbaycan–Rusiya iqtisadi əməkdaşlığının müxtəlif istiqamətlər üzrə mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.

Bildirilib ki, üsusi diqqət nəqliyyat-logistika sahəsində, o cümlədən dəmir yolları arasında qarşılıqlı əməkdaşlığa yönəldilib.

Regionun tranzit potensialının artırılması istiqamətində birgə səylərin davam etdirilməsinin əhəmiyyəti vurğulanıb. Bu kontekstdə “Şimal–Cənub” beynəlxalq nəqliyyat dəhlizi boyunca infrastrukturun inkişafı üzrə işlərin sinxron şəkildə aparılmasının və bu marşrut üzrə yükdaşımalarının sabit artımının təmin edilməsinin vacibliyi qeyd edilib.

Görüşdə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmov da iştirak edib.