Əli Əsədov Moskvada Ümummilli Lider Heydər Əliyevin xatirəsini yad edib
Paylaşılma tarixi: 12 Dekabr 2024
Dekabrın 12-də Rusiya Federasiyasında işgüzar səfərdə olan Baş nazir Əli Əsədov Azərbaycanın Moskvadakı səfirliyinin binasında olub və Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin büstü önünə gül dəstələri qoyub.
Zeferinfo.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.