Elçin Quliyev Bəhreynin daxili işlər naziri ilə görüşdü
Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev “Mara’ee 2025” tədbiri ərəfəsində Bəhreyn Krallığının Daxili İşlər naziri Rəşid bin Abdullah Əl-Xəlifəilə görüş keçirib.
Bu barədə Zeferinfo.az-a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.
Görüşdə ikitərəfli əlaqələrin inkişaf etdirilməsi, birgə əməkdaşlığın perspektivləri, qarşılıqlı maraq kəsb edən fəaliyyətlər üzrə məlumat və təcrübə mübadiləsinin həyata keçirilməsi ilə bağlı müzakirələr aparılmışdır.