Əlcəzairdə Qarabağ müharibəsi və Prezident İlham Əliyevin şəxsiyyət faktoru müzakirə edilib

Zeferinfo.az xəbər verir ki, mərasimdə ölkə rəsmiləri, Əlcəzairdə akkreditə olunan xarici ölkələrin səfirləri və diplomatları, ölkənin tanınmış ictimai-siyasi, elm və mədəniyyət xadimləri, kütləvi informasiya vasitələrinin nümayəndələri, bu ölkədə işləyən və təhsil alan həmvətənlərimiz iştirak ediblər.
Qeyd edilib ki, bu kitab müharibə tarixinin ilk ümumiləşdirilməsi cəhdlərindən biri olaraq 10 dildə nəşr edilib və dünyanın bir sıra ölkələrində təqdimatı keçirilib.
Mərasimdə qonaqlara Azərbaycan, işğaldan azad edilən torpaqlarımız, bu ərazilərdə aparılan genişmiqyaslı quruculuq işləri haqqında film nümayiş etdirildi. Qonaqlar üçün Azərbaycan milli musiqisi səsləndirilib və sonda ziyafət təşkil edilib.
Qeyd edilməlidir ki, kitabın təqdimat mərasimi haqqında məqalə və xəbərlər Əlcəzairin kütləvi informasiya vasitələrində, həmçinin sosial şəbəkələrdə geniş işıqlandırılıb.