Ehtiyyatda olan növbəti Xüsusi Təyinatlı Dünya kubokunu qazandı

Dekabrın 6-7-si tarixlərində Gürcüstanın Kutaisi şəhərində “Alpaqut Turan” döyüş sənəti üzrə Dünya kuboku keçirilib. Zeferinfo.az xəbər verir ki, bu yarışda ölkəmizi “Xüsusi Təyinatlıların Qaziləri, Şəhid ailələri və Veteranları” ictimai birliyinin üzvü, ehtiyyatda olan Xüsusi Təyinatlı mənsubu Ramin Alışov təmsil edib. Ramin Alışov bütün rəqiblərini məğlub edərək Dünya kubokuna sahib olub.
Məlumat üçün bildiririk ki, Ramin Alişov 19 sentyab 2023-cü il keçirilən antiterror əməliyyatının iştirakçısıdır.