Əhmədli qəsəbəsində baş verən sürüşmə təhlil edilib
Akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Geomorfologiya və təbii risklər şöbəsinin müdiri coğrafiya elmləri doktoru Stara Tarixazər noyabrın 12-də Bakı şəhəri Xətai rayonunun Əhmədli qəsəbəsində Ukrayna dairəsi yaxınlığında baş vermiş torpaq sürüşməsi hadisəsinə aydınlıq gətirib.
Bu barədə Zeferinfo.az-a institutdan məlumat verilib.
Alimin fikrincə dağın yamacında sürüşmənin yaranmasının əsas səbəbi təbii amillərdən başqa (yüksək meylli yamaclar, gilli suya davamlı layların olması) su kəmərlərindən və kanalizasiya xətlərindən sızmalar, yamacın aşağıdan kəsilməsi və yamacın qaşında obyektlərin qurulmasıdır.
Mütəxəssisin apardığı vizual müşahidələr zamanı yamacda yeni çatlar aşkar edilib.